Ərdoğanın baş müşavirindən Sarkisyana çağırış » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Ərdoğanın baş müşavirindən Sarkisyana çağırış

Ərdoğanın baş müşavirindən Sarkisyana çağırış


Türkiyənin paytaxtı Ankarada Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) təşkilatçılığı ilə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar mərasim keçirilib.

ANS PRESS-in məlumatına görə, mərasimdə Azərbaycan və Türkiyənin bir sıra hökumət və dövlət rəsmiləri, parlament üzvləri, elm və mədəniyyət xadimləri, Ankarada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Mərasim zamanı Xocalı həqiqətlərindən, Dağlıq Qarabağın işğalından və bunun ağır nəticələrindən bəhs edən sənədli filmə baxılıb.

Mərasimdə çıxış edən AzeDer-in sədri Rəşad Abdullayev bildirdi ki, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə obyektiv şəkildə çatıdırılması üçün əllərindən gələn hər şeyi edəcəklər: "Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, ancaq heç biri indiyədək həyata keçirilməyib. Dünya ictimaiyyəti hələ də bu haqsızlığa susur".

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirdi ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının dinc həyatına, mənəvi-psixoloji sabitliyinə, yönəldilmiş məqsədyönlü təcavüzdür. "Hər il Xocalı soyqırımının ildönümü ilə bağlı minlərlə anma mərasimləri keçirilir, kitablar yazılır, filmlər çəkilir. Məqsədimiz bu soyqırımla bağlı dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını, saxta “erməni soyqırımı” iddiasını ifşa etməkdir.

Mərasimdə Türkiyə Prezidentinin baş müşaviri İbrahim Kalın Ermənistana çağırış etdi: "Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, Azərbaycana və Türkiyəyə qarşı əsasız iddialara son qoyulmalıdır".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *