Anasının xatirəsinə möhtəşəm işıq şousu hazırlayan 15 yaşlı oğlan – VİDEO+FOTO
2010-cu ildə anasını itirən Daniel Eysenberq adlı 10 yaşlı oğlan həyatdan küsmədi. Anasının ən sevimli bayramı olan "Christmas"-da onun xatirəsini əbədiləşdirmək üçün işıq şousu təşkil etdi.
AzNews.info xəbər verir ki, indi Danielin 15 yaşı var və o özünün ən möhtəşəm işıq şousunu məhz bu il təşkil edib. "Anam Yeni il bayramını çox sevərdi, o evin hər yanını işıqlarla bəzəyərdi. Atam və mən onun bu ənənəsini davam etmək istədik" - deyə Daniel bildirib. Bu ilki işıq şousu 9 mahnıdan ibarət olub 35 dəqiqəyə qədər davam edir. Yoldan keçənlər avtomobillərində 98.1 FM radiodalğasına qoşulmaqla musiqini dinləyə və eyni zamanda işıq şousunu seyr edə bilərlər.
Post by aznews.info.
Mənbə:> AzNews.info