Hindistanda kişi təyyarə mühərrikinə düşdü
Air India aviaşirkətinin texniki işçisi Mumbay aeroportunda həlak olub, onu təyyarənin işləyən reaktiv mühərriki öz içinə çəkib, Hindustan Times məlumat yayıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, təyyarənin ikinci pilotu texniki işçi mühərrikin yanında olduğu halda onu işə salmaq qərarına gəlib.
Yerli xidmətlər istintaqa başlayıblar, istintaq baş verənlərin təfərrüatlarını müəyyənləşdirməli və günahkarı üzə çıxarmalıdır.
Aeroportun mətbuat xidməti faciəli hadisə ilə əlaqədar başsağlığı verib.
Mənbə:> Oxu.Az