British Airways-in sərnişini uçuş zamanı qapını açmağa çalışıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Dünya

British Airways-in sərnişini uçuş zamanı qapını açmağa çalışıb

British Airways-in sərnişini uçuş zamanı qapını açmağa çalışıb


British Airways aviaşirkətinin sərnişini Londondan Amerikanın Boston şəhərinə uçan təyyarənin qapısını uçuş zamanı açmağa çalışıb, bu barədə Reuters məlumat yayıb.

Oxu.Az xəbər verir ki, qadın təyyarənin göyərtəsində saxlanılıb.

Bostonun Loqan aeroportuna endikdən sonra isə onu polis həbs edib. Baş verən hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları sərnişinləri və heyət üzvlərini dindiriblər.

“İstintaq müəyyən edib ki, o, əvvəl bildirildiyi kimi pilotların kabinəsinin qapısını yox, qəza çıxışının qapısını açmaq istəyib.

Hadisənin terrorizm ilə heç bir əlaqəsi müəyyən edilməyib”, - yerli polisin Twitter mikrobloqunda deyilir.

Qadının sərxoş olduğu qeyd edilir.

“Bizim müştərilər və heyət təhlükəsiz uçuşa layiqdirlər və biz təhqiredici davranışa yol vermərik”, - Britaniya aviaşirkətinin nümayəndələri qeyd ediblər, WCVB məlumat yayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *