Anar Nəcəfli “Nizami” metrosunun ətrafında söküntülərdən danışdı
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Yasamal rayonu ərazisində, metronun “Nizami” stansiyasının yaxınlığında yol kənarında yerləşən bütün obyektlərin ləğv olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, hazırda söküntü işləri Bakının “Sovetski” məhəlləsinin abadlaşdırılması çərçivəsində həyata keçirilir.
“Həmin ərazidə Balabala Məcidov və Abdulla Şaiq küçələrinin genişləndirilməsi nəzərdə tutulub. Lakin orada yolun kənarında olan obyektlərin söküntüsünü və digər məsələləri Yasamal rayon İcra Hakimiyyəti həyata keçirir.
Yolun kənarında söküntü işləri bitəndən sonra “Azəryolservis” ASC tərəfindən qeyd edilən küçələr genişləndiriləcək”.
Mənbə:> Oxu.Az