"Şükür olsun ki, ən azından atamın meyitini tapdım" » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Foto

"Şükür olsun ki, ən azından atamın meyitini tapdım" – ÖLƏN NEFTÇİNİN OĞLU

"Şükür olsun ki, ən azından atamın meyitini tapdım"


"Günəşli" yatağında yanğından sonra ilk cəsədi tapılan Ramiz Həsənov Pirallahı qəbiristanlığında dəfn olunub.

"Qafqazinfo"nun əməkdaşları bu gün R.Həsənovun evində olub. Vəfat edən neftçinin oğlu Elçin Həsənov deyib ki, atası dekabrın 6-da evə gəlməli imiş: "Amma dekabrın 5-də onun meyitini evə gətirdim. Şükür olsun ki, ən azından atamın meyitini tapdım. Digər itkin düşənlər də heç olmasa, ölü də olsa yaxınlarını tapsınlar".

Elçin deyir ki, atası suda qalaraq donub: "Mən bilmirəm qayıqdan ya birbaşa platformadan suya düşüb. Amma suda olanda jiletdən yapışıb dayanıb, soyuq su onu keyidib, əlləri də sanki nədənsə tutubmuş kimi qıc olub qalmışdı. Onun meyiti elə dekabrın 4-ü gecə çıxarıblar. Mən səhəri gün götürdüm. Atamın məzarı da dəniz mayakının altındadır".

"Şükür olsun ki, ən azından atamın meyitini tapdım"


R.Həsənovun oğlu hadisə baş verən günü belə xatırlayır: "Dekabrın 3-ü sonuncu dəfə atamla danışdım. Mənə heç nə demədi, bizi, evdəkiləri soruşdu. Dedim ata yaxşıyıq, hər şey də yaxşı olacaq. Hadisə günü neçə dəfə zəng etdim, çatmadı. Onun telefonuna zəng çatmayanda zənglər mənə yönəlir. Axşam təxminən 20 nəfər atamın iş yoldaşları zəng edib "Ramiz sağsan? Necəsən?" deyirdilər. Ondan sonra bildim. Xəstəxanaya getdim, gətirilənlərdən bir-bir soruşurdum ki, atamı görməmisən, ama heç kim bilmirdi. Sonra zəng edib dedilər ki, atan morqdadı, gəl apar".

Ramiz Həsənov 20 ilə yaxındır quraşdırıcı işləyir. Bu özüldə bu yaxınlarda işə başlayıb.

"Şükür olsun ki, ən azından atamın meyitini tapdım"


Ailə toya hazırlaşırmış: "Atam heç bir övladının xeyir işini görmədi. Nə iki qızının, nə də mənim toyumu gördü. Hazırlaşırdı ki, mənə toy etsin".

Ramiz Həsənovun qohumu olan Rəşad Qasımov da neftçi olduğunu, hadisə günü dənizdə olduğunu dedi: "Mən 120-ci platformada idim. Biz şimala ən yaxında idik. Bu hadisənin baş verməsinə səbəb hava proqnozunun neftçilərə düzgün verilməməsi və təxliyyə əmrini verən ustanın yanlış qərarı olub. Bizim platforma dəniz səviyyəsindən 27 metr hündürlükdədir, amma dalğa platformadakı butkalarımızı da aparırdı. Külək şimaldan əsirdi, bütün platformalarda yaşayış yeri şimal hissədə yerləşir. Yanğın isə özülün cənubunda başlayıb, külək alovu yaşayış hissəsinin əksinə vururdu. Əgər baş mütəxəssis emosional davranmayıb işçiləri yaşayış yerində saxlasaydı, onlara heç nə olmazdı. Bu hadisələrin günahkarı təxliyyə qərarı verən şəxsdir. Həm də özüldə şimalda və cənubda iki qayıq olub. Usta işçilərə şimaldakı qayıqlara minməyi əmr edib. Axı niyə? Onsuz da külək şimaldan güclü külək vardı. Onlar cənubdakı qayıqlardan istifadə etsəydilər, bəlkə də bunlar olmazdı. Bundan başqa, bütün platformalar təhlükə altında qalmışdı. Bizə öncədən belə hava proqnozu verilməmişdi. Əgər belə güclü külək olacağı deyilsəydi, heç kim dənizə çıxmamlı idi".

"Şükür olsun ki, ən azından atamın meyitini tapdım"


Qohumlarla və mərhumun evinə gələn dövlət qurumlarının nümayəndələri ilə sağollaşıb, qəbiristanlığa yollandıq. Ramiz Həsənovun nəşi Pirallahı adasında dəniz mayakının altında dəfn olunub.

"Şükür olsun ki, ən azından atamın meyitini tapdım"
"Şükür olsun ki, ən azından atamın meyitini tapdım"
"Şükür olsun ki, ən azından atamın meyitini tapdım"
"Şükür olsun ki, ən azından atamın meyitini tapdım"
"Şükür olsun ki, ən azından atamın meyitini tapdım"

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *