““Günəşli” yatağında ölən və yaralanan yoxdur” – RÖVNƏQ ABDULLAYEV
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verən zaman platformada 63 nəfər olub.
SOCAR-dan "APA-Economics"ə bildirilib ki, bütün əməkdaşlar sağ-salamatdır:
"Bütün əməkdaşlarımızın təxliyə olunması istiqamətində müvafiq tədbirlər görülür. Onların hamısı təhlükəsiz ərazidədir. Xilasedici gəmilər hadisə yerinə yaxınlaşıb. Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirir. Belə ki, dalğanın hündürlüyü 8-10 metrə çatır. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur".
Rövnəq Abdullayev da öz növbəsində, Ans TV-yə bildirib ki, yanğın nəticəsində heç bir insan itkisi yoxdur.
O deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür..
Mənbə:> APA / ANS / Qafqazinfo