“Günəşli” neft yatağında güclü yanğın başlayıb – SON DƏQİQƏ
“Günəşli” yatağının yanan platformasındakı neftçiləri xilas etmək üçün ora yanğından mühafizə gəmisi göndərilib.
SOCAR-dakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.
Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.
Əldə etdiyimiz son məlumata görə, platformada 84 neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.
Mənbə:> Virtualaz.org