Qazaxıstan itkin düşən neftçiləri axtarır
Qazaxıstan gəmiləri Azərbaycanda neft platformasındakı yanğından sonra Xəzər dənizində zərərçəkənlərin aşkar edilməsi zamanı yardım etmək üçün müşahidəni gücləndiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Novosti-Qazaxıstan” agentliyi Qazaxıstanın sərhəd xidmətinə istinadən məlumat yayıb.
“Bu gün üçün regionda mürəkkəb meteoşərait mövcuddur. Buna baxmayaraq sahil mühafizəsinin rəisi tərəfindən kater və gəmilərə müşahidə aparmaq və nəzarətin gücləndirilməsi tapşırığı verilib. Hər hansı obyekt və ya zərərçəkən aşkar edildikdə məruzə edilməli və yardım göstərilməlidir”, - mətbuat xidmətindən bildiriblər.
Sərhəd xidmətinin məlumatına əsasən, Azərbaycan tərəfindən cəsədlərin axtarışına dair yardım barədə rəsmi müraciət olmayıb. Yanğının baş verdiyi ərazi Xəzər dənizinin Qazaxıstan hissəsindən kənardadır.
Mənbə:> Oxu.Az