Azərbaycan və Rusiya Xəzərdə təlim keçirir
Azərbaycan və Rusiya Xəzər dənizində birgə təlim keçirir.
Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Məlumatda deyilir ki, cari ilin 28-29 sentyabr tarixlərində Rusiya Federasiyasının Sərhəd Xidmətinin sərhəd gözətçi gəmisinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin gəmilərinin iştirakı ilə Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsində birgə sərhəd təlimi keçirilir.
Mənbə:> Oxu.Az