Elçin Quliyev Tatarıstanda səfərdədir
Bu gün Rusiya Federasiyasının Federal Təhlüksəizlik Xidməti və Azərbaycanın Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Kazana işgüzar səfər edəcəklər.
Oxu.Az xəbər verir ki, nümayəndə heyətləri Tatarıstan Respublikasının paytaxtına Rusiya FTX sərhəd xitmətinin rəisinin birinci müavini ordu generalı Vladimir Kulişev və Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında gələcəklər.
Bu barədə Tatarıstan Respublikasının Nazirlər Kabinetinin saytında bildirilib.
Nümayəndə heyətlərini Tatarıstan Respublikasının baş naziri İldar Halikov qəbul edəcək.
Cümə günü avqustun 21-nə Tatarıstan Respublikasının prezidenti səlahiyyətlərini müvəqqəti icra edən Rüstəm Minnixanovun Elçin Quliyev ilə görüşü planlaşdırılıb.
Mənbə:> Oxu.Az