Bakıda daha bir ölüm avtobusu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda daha bir ölüm avtobusu - VİDEO

Bakıda daha bir ölüm avtobusu

Sakinlərin etdikləri şikayətlərdə bildirirlər ki, Bİnə qəsəbəsi istiqamətindən işləyən 160 saylı iritutumlu avtobuslar çox bərbad vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, günün bütün saatlarında avtobus qapılarında sərnişinlər sallanaraq gedirlər.

Bundan başqa, həmin avtobus gec-gec işləyir. Avtobuslar həmişə basırıq olur. İnsanlar işə gecikirlər.

Məsələyə aydınlıq gətirmək üçün avtobusun tabe olduğu “Ayşən” MMC-nin direktor müavini Zabir Hüseynovla əlaqə saxladıq. Onun ANS PRESS-ə verdiyi məlumata görə, məsələ barədə məlumatlıdırlar.

“Binə yolu çox bərbad vəziyyətdədir. Həmin xəttə 29 “Daewoo” markalı avtobusumuz işləyir. Lazım olsa avtobusların sayını 35-ə qaldıra bilərik. Amma yolun bərbad vəziyyətdə olması bizə mane olur. Sürücülər işləmək istəmirlər. Yollarda əjdaha boyda yamalar var. Dəfələrlə bu barədə lazımı qurumlara şikayət etmişik. Yenə də xeyri yoxdur. Əlacsız qalmışıq”, - deyə Zabir Hüseynov bildirib.

Şirkət rəsmisinin sözlərinə görə, dəfələrlə sürücülər sərnişinlər tərəfindən döyülüb. Sürücülər qapı açıq halda sürmək istəmədikləri üçün döyülüblər.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətindən də hadisə barədə xəbərdar olduqlarını bildirdilər. MMC-nin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdiri Elçin Nəsirovun verdiyi məlumata görə, hətta bir müddət əvvəl həmin istiqamətdə avtobusun hərəkəti dayandırılıbmış. Lakin sonradan çoxsaylı şikayətlər nəticəsində avtobusun fəaliyyəti bərpa olunub.

“Sahibkar şikayət edir ki, avtobusları qırılır. İnterval da yolların bərbad olması səbəbindən pozulur. Həmin ərazidə yol dəhşətli vəziyyətdədir”, - deyə Elçin Nəsirov bildirib.

Qeyd edək ki, Fuad Qaşımov adlı oxu həmin avtobuslarıdan birinin hansı vəziyyətdə işləməsini əks etdirən video çəkərək göndərib. ANS PRESS həmin videonu təqdim edir:

Mənbə: ANS PRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *