Peruda 7.5 bal gücündə zəlzələ oldu
Perunun şərqində 7.5 bal gücündə zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, Amerika Geolji Araşdırmalar Mərkəzi zəlzələnin Braziliya – Peru sərhəddindəki Amazon çayı hövzəsində yerləşən Puerto Maldonado şəhərinin 296 km şimal-qərbində baş verdiyini bildirib.
Zəlzələ yerin 602 km dərinliyində və insanların az yaşadığı meşəlik ərazidə baş verdiyindən hiss olunmayıb.
Zəlzələ nəticəsində hər hansı bir insan tələfatı və dağıntı gözlənilmir.
Mənbə:> ANSPRESS