ABŞ-da yeniyetmə Rubiki kubunu 4,9 saniyəyə yığdı – VİDEO
ABŞ-da 14 yaşlı Lukas Etter Rubik kubunu 4,904 saniyəyə yığaraq dünya rekordu vurub, Guardian nəşri məlumat yayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Merilend ştatının Klarksvill şəhərində keçirilən River Hill Fall yarışması çərçivəsində Etter Rubikin kubunu 0,35 saniyə daha tez yığaraq əvvəlki dünya rekordunu qırıb.
Əvvəlki rekord Kolin Berns adlı digər yeniyetməyə məxsus idi.
Berns yeddi ay müddətində birinciliyi özündə saxlayıb, onun nəticəsi 5,25 saniyə idi. Yeni rekordu Ümumdünya Kub Assosiasiyası (World Cube Association) təsdiq edib.
Mənbə:> Oxu.Az