Futbol dünyası şokda – FOTO
"Arsenal"ın gənc ulduzu Hektor Beller dünyanaın ən sürətli futbolçusu adına layiq görülüb. ANS PRESS-in məlumatına görə, futbolçu məşq zamanı 40 metri 4.42 saniyədə qaçıb.Bellerin bu dərəcəsi 100 metrdə dünya rekorduna sahib olan Usain Boltun eyni məsafədəki dərəcəsindən 0.22 saniyə daha yaxşıdır.
20 yaşlı futbolçu məşq zamanı klub tarixinin rekordunu əldə edib. Bununla da o Teo Uolkotun bu sahədəki liderliyinə son verib.
U.Bolt 2009-cu ildə 9.59 saniyə nəticə ilə dünya rekordu əldə edib. O, 40 metri 4.64 saniyədə qaçıb.
Xatırladaq ki, illər öncə Tyeri Anri 4.82 saniyə ilə bu sahədə ilk uğur qazanmışdı. Teo Uolkott 4.42 saniyə ilə bu rekordu paramparça edib.
Yaşıl stadionların ən sürətliləri:
1.Qaret Beyl
60 metri 7.2 saniyədə qaçaraq qol atıb. 32 km/s sprint sürətinı çatıb.
2.Teo Valkott
100 metri 10.3 saniyədə qaçıb.
3. Aubameyanq
"Dortmund"un gənc ulduzu 30 metri 3.7 saniyədə qaçıb.
4. Kriştiano Ronaldo
"Atletico Madrid" matçında 96 metri 11 saniyədə qaçaraq böyük səs-küyə səbəb olmuşdu.
Mənbə:> ANSPRESS