Transformatorda yanan gəncdən son xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Transformatorda yanan gəncdən son xəbər

Transformatorda yanan gəncdən son xəbər


Bakının Nəsimi rayonunda transformat məntəqəsinin içində elektrik cərəyanı vuran 20 yaşlı Fəqan Fərzəliyev yaxın günlərdə evə buraxılacaq.

AzNews.info xəbər verir ki, bunu Lent.az-a 1 saylı şəhər xəstəxanasının Travmatologiya şöbəsinin həkimi Aslan Məmmədov deyib.

Onun sözlərinə görə, Fəqan ən geci 10-15 günə xəstəxanadan çıxacaq.

O, bundan sonrakı müalicəsinə evdə davam edəcək:

“Fəqanın kürək nahiyəsində əzələsi bərpa olub, çürümüş nekroz təmizlənib. Qalan yaraları da bir aya tamam sağalacaq. Bir qədər də yanıq alnında qalıb. O da bir neçə günə keçəcək. Evdə yüngül sarğıları dəyişiləcək. Tez yorulsa da, durub gəzə də bilir. Bu günə qədər 3 əməliyyat keçirib. Dördüncü əməliyyata da ehtiyac var”.

Hadisənin necə baş verməsinə gəlincə, Aslan Məmmədov Fəqanın həmin günü xatırlamadığını deyib.

Qeyd edək ki, oktyabrın 21-də Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və təxminən 18 yaşında qız 6 min voltluq transformator məntəqəsinin qapısını açaraq içinə daxil olublar. Bu zaman onları elektrik cərəyanı vurub. Hər iki şəxs ağır xəsarətlər alıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev sol qolunun birini itirib.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *