Azərbaycanda polis maşınları üçün ağıllı “miqalka” » AzNews.info -Xəbər portalı

Azərbaycanda polis maşınları üçün ağıllı “miqalka” – VİDEO

Azərbaycanda polis maşınları üçün ağıllı “miqalka”


Ölkəmizdə polis avtomobillərində olan sayrışan işıqlar (miqalka) yeni sistemlə işləyəcək.

AzNews.info xezerxeber.com-a istinadla xəbər verir ki, bu məqsədlə avtomobillərə yeni cihazlar quraşdırılacaq. Türkiyə şirkəti tərəfindən 400 belə cihazın Azərbaycana satılması haqqında razılıq əldə edilib.

Yeni qurğuların bir sıra üstünlükləri var. Türkiyənin Cənub Şərqi Anadolu və Ege bölgələrindəki 4 şəhərdə polis avtomobilərinin üzərində sayrışan işıqlar yeni sistemlə işləyir.

Yol polisi avtomobilləri ilə yanaşı post-patrul xidməti maşınlarına da quraşdırılacaq cihazlar asayişin pozulması hallarında atəşin hansı tərəfdən açıldığını da müəyyən etməyə imkan verəcək.

Azərbaycanda yeni sistemlə avtomobillərin nömrə tanıma və sürət ölçmə mexanızmi daha da təkmilləşəcək və əldə edilən məlumatlar 80 gün avtomatik yaddaşda saxlalacaq. Bu da sonradan yarana biləcək mübahisələr zamanı dəlil kimi təqdim olunacaq.


Mənbə: Xəzərxəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *