1,5 milyon dollarlıq “supercar”ı aldıqdan 5 dəqiqə sonra əzdi – FOTO
Macarıstanın paytaxtı Budapeştdə yerli sakin təzə aldığı Laferrari ilə avtosalondan çıxandan 5 dəqiqə sonra qəza törədib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, 1,5 milyon dollar qiyməti olan avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yaxınlıqda park edilmiş avtomobillərə çırpılıb.
“Supercar”la yanaşı daha 3 avtomobilə zərər dəyib.
Qeyd edək ki, Ferrarinin əfsanəvi modeli Enzonun davamçısı olan “LaFerrari”, markanın “Special Limited Series” modelləri arasındadır və 499 ədəd istehsal olunub.
Nəqliyyat vasitəsinin minimal qiyməti 1,3 milyon dollardır.
Mənbə:> Oxu.Az