Milyon dollarlıq erməni kokaini
Gürcüstanla Ermənistanın sərhədində yerləşən Ninosminda gömrük məntəqəsində iri partiya kokain tutulub.
ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstanın maliyyə naziri Nodar Xaduri bildirib. Nazirin sözlərinə görə, gömrük yoxlaması zaman 6 kiloqramdan artıq kokain ələ keçirilib. Narkotik vasitəni Ermənistandan Bolqarıstan vətəndaşları çıxarmaq istəyiblər. Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı cinayət işi qaldırıb.
Gürcü mətbuatının yazdığına görə, bu, Ermənistandan Gürcüstana keçid zamanı tutulan ikinji böyük narkotika partiyasıdır.
Narkotik maddənin Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda yetişdirildiyi və heç bir beynəlxalq nəzarətin tətbiq edilmədiyi Dağlıq Qarabağ ərazisindən tranzit keçirildiyi güman edilir. Onun bazar qiyməti təxminən 1 milyon dollar qiymətləndirilir.
Mənbə:> ANSPRESS