Bakıda sərxoş “avtoş”dan film kimi “şou” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Avto

Bakıda sərxoş “avtoş”dan film kimi “şou”

Bakıda sərxoş “avtoş”dan film kimi “şou”


Bakıda daha bir avtoxiliqan saxlanılıb.

AzNews.info Avtosfer.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın Xətai prospektində “Toyota Corolla” markalı avtomobilin sürücüsünün avtoxuliqanlıq etdiyini görüb ona “saxla” işarəsi veriblər. Lakin sürücü - 21 yaşlı Eldar Əsgərov avtomobili saxlamaq əvəzinə sürəti artıraraq Nobel prospektinə çıxıb. Orada da avtomobillə təhlükəli hərəkətər edərək beton yolla Yeni Zığ şosesi vasitəsilə Qala-Türkan yoluna istiqamətlənib.

Yol polisinin onu izlədiyini görən sürücü hətta maşını beton maneələrə vuraraq yararsız hala salıb. Uzun prosesdən sonra yol polisi süni tıxac yaratmaqla sürücü Eldar Əsgərovu aeroport yolunda saxlayıb. Sürücü maşından düşüb qaçsa da, polis onu saxlamağa müvəffəq olub.

İlkin araşdırmada məlum olub ki, sürücü sərxoş vəziyyətdədir. Həkim müayinəsindən keçən sürücünün orta dərəcəli sərxoş olduğu ortaya çıxdı. Dindirmə zamanı E.Əcgərov bildirib ki, bir şüşə çaxır içib.

Sürücü Eldar Əsgərov məhkəmə qərarı ilə 1 illik sürücülük hüququndan məhrum edilməklə yanaşı, həm də 10 gündən 30 günədək inzibati həbs cəzsasına məhkum edilə bilər.

Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *