Gürcüstan-Azərbaycan sərhədində böyük tıxac yaranıb
Gürcüstan-Azərbaycan sərhəddində (Qırmızı körpü) bir neçə kilometrlik tıxac yaranıb.
Bu barədə musavat.com-a 15 saata yaxındır sərhədi keçib Azərbaycana gələ bilməyən vətəndaşlardan biri məlumat verib.
O, Gürcüstandan Azərbaycana qayıtdığını deyib: "Amma 15 saata yaxındır sərhəddə ilişib qalmışıq. 500-600 maşın burada növbə gözləyir. Gürcüstan sərhədçiləri deyir ki, biz elektron qaydada yoxlayıb buraxırıq, problem Azərbaycan tərəfdədir, yoxlamanı çox ləng həyata keçirirlər, ona görə də avtomobil tıxacı yaranıb. Azərbaycan tərəfdən isə bizə heç bir məlumat vermirlər. Artıq 5 saata yaxındır ki, buraxılış tamamilə dayanıb. Burada hava soyuqdur, bir çox maşınlar işlək vəziyyətdə saatlarla qalandan sonra artıq benzinləri də qurtarıb. Burada yiyəsiz qalmışıq".
Mənbə:> Virtualaz.org