Azərbaycanlı azarkeşdən “Qarabağ”ın oyunu ilə bağlı şok proqnoz – FOTO
Dünən Avropa Liqasının qrup mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ”- “Monako” matçından əvvəl hesabla bağlı verilən dəqiq proqnoz dünəndən sosial şəbəkələrdə geniş müzakirələrə səbəb.
"Qafqazinfo" xəbər verir ki, Anar Eyvazov adlı azarkeşin "Facebook"da oyunla bağlı yazdığı hesab hamının təəccübünə səbəb olub:
““Qarabağ”- “Monako” oyunu 1-1 bitəcək. Hesabi 37-ci dəqiqədə klubun legioneri Armenteros açacaq. İlk hissə 1-0 bitəcək. İkinci hissədə isə Monako bir qol vuraraq hesabı bərabərləşdirəcək və oyun belə qurtaracaq”.
“Qafqazinfo”ya açıqlamasında Anar Eyvazov bildirib ki, sadəcə bəxti gətirib:
““Qarabağ”- “Monako” oyunu ilə bağlı cəmi bir dəfə fikirləşdim və oyunun məhz bu şəkildə sonlanacağını düşündüm. Bəxtimdən belə sonlandı...”
Qeyd edək ki, oyun 1-1 hesabı ilə başa çatıb. Qolları isə 39-cu dəqiqədə "Qarabağ"ın təmsilçisi Armenteros, 72-ci dəqiqədə isə “Monako” futbolçusu isə Kavalyero vurub.
Mənbə:> Qafqazinfo.az