Bakı metrosunda baş verən faciədən 20 il ötdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Tarix

Bakı metrosunda baş verən faciədən 20 il ötdü

Bakı metrosunda baş verən faciədən 20 il ötdü


Bu gün Bakı Metropoliteninin “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş vermiş qəzadan 20 il ötür.

Oxu.Az xəbər verir ki, 1995-ci ilin oktyabrın 28-də baş vermiş qəzada 300-ə yaxın adam ölmüş, 400 nəfər isə yaralanmışdı.

Hadisədən sonra araşdırmalar aparıldı və hadisənin baş verməsinə səbəb kimi “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın mühərriklərindən birində yanğın baş verməsi göstərildi.

Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər.

Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı.

Bu qəza “Ginnesin rekordlar kitabı” redaksiyasını ən dəhşətli metro qəzaları siyahısına yenidən baxmağa vadar etdi və “birincilik” Azərbaycana keçdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *