Seçkilər günü futbol olmayacaq
Topaz Premyer-Liqasının təqvimində dəyişikliklər edilib.
Oxu.Az xəbər verir ki, noyabr ayının 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar, çempionatın 11-ci turunun oyunları 31 oktyabra keçirilib.
Bu gün ərzində beş matç keçiriləcək. İlkin olaraq matçların 1 və 2 noyabr tarixlərində keçirilməsi planlaşdırılırdı.
Mənbə:> Oxu.Az