Asiyada zəlzələnin qurbanlarının sayı 263-ə çatdı
Asiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 263-ə çatıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan hakimiyyəti ölkədə ölənlərin sayının 228-ə çatdığı barədə məlumat yayıb. Mindən çox insan xəsarət alıb.
Əfqanıstanda ölənlərin sayının 33, yaralananların isə 200 olduğu bildirilir.
Qeyd edək ki, 7,5 bal gücündə zəlzələnin episentri Əfqanıstanın Curm şəhərindən 45 km cənub-qərbdə, 212,5 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Pakistan, Hindistan, Qırğızıstan, Tacikistan, Azərbaycan və Qazaxıstanda da hiss olunub.
Mənbə:> Oxu.Az