Alimlər “ölüm qoxusu”nun tərkibini müəyyən etdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Alimlər “ölüm qoxusu”nun tərkibini müəyyən etdilər

Alimlər “ölüm qoxusu”nun tərkibini müəyyən etdilər


Britaniyalı psixoloqlar “ölüm qoxusu”nun əsas tərkib hissəsi olan kimyəvi maddənin insanda kəskin reaksiyaya səbəb olduğunu aşkar ediblər.

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Frontiers in Psychology jurnalında məlumat verilib.

Putresin (çürümə prosesində arginindən əmələ gələn zəhərəli amin) ilə hətta qısamüddətli kontakt da gərgin və aqressiv davranışa gətirib çıxarır.

Arno Uismen və onun həmkarları dörd eksperiment keçiriblər, onlar putresinə bilərəkdən və bilməyərəkdən verilən reaksiyanı müəyyən etmək istəyiblər. Aydın olub ki, maddənin havada hətta ən kiçik konsentrasiyası zamanı insanlar narahatçılıq, həyəcan, qaçmağa və ya aqressiv müdafiəyə hazırlıq nümayiş etdiriblər (“vur, ya da qaç” reaksiyası).

Alimlər qeyd ediblər ki, bir - yeganə kimyəvi birləşmənin qoxusunun insanda təhlükə və insanın davranışını dəyişmək siqnalı kimi qəbul edilməsi ilk dəfə idi ki, aşkar edilib. Daha öncə yalnız tər iyinin yaratdığı təhlükənin kimyəvi siqnalları məlum idi.

2015-ci ilin sentyabr ayında digər alim qrupu “ölüm qoxusu”nun dəqiq tərkibini aydınlaşdırıb. Mütəxəssislər belə qənaətə gəliblər ki, insan orqanizminin toxumalarının çürüməsindən öncə insan cismi təzə biçilmiş, eləcə də təzə balıq iyi verir. Ölümdən sonra ifraz edilən birləşmələr arasında alimlər geksanal (məhz onun sayəsində yeni biçilmiş otun xarakterik iyi olur), indol (kəskin iyi ilə seçilir) və trimetilaminin adını çəkirlər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *