Donuzlar insan üçün ideal orqan donoru olacaqlar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Səhiyyə

Donuzlar insan üçün ideal orqan donoru olacaqlar

Donuzlar insan üçün ideal orqan donoru olacaqlar


Amerikalı alimlər donuz orqanlarını insana köçürmək üçün yararlı edəcəklər.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Elmlər Akademiyasının seminarında genetika alimi Corc Çerç öz məruzəsində bildirib. Gen mühəndisliyinin yeni CRISPR/Cas9 üsulunun yardımı ilə onlar donuzların embrionlarında çoxsaylı genləri modifikasiya ediblər, bu, orqanları insan orqanizminə köçürməyi asanlaşdırmaq üçün edilib.

Çerç (Harvard universitetinin əməkdaşı və Genesis biotexnoloji şirkətin təsisçilərindən biridir) donuz transplantlarının insan orqanizmi ilə uyğunsuzluğunun iki əsas səbəbini göstərib. Birincisi, bu orqanlar nəql olunduqları orqanizmi donuzların genetik koduna daxil olan təhlükəli endogen retro viruslarla yoluxdururlar. Ona görə də Çerç təcrübədə olan 62 heyvanın embrionlarının genini modifikasiya edib, bu, digər alimlərin dəyişdirdiyindən təxminən on dəfə artıqdır.

Bundan başqa, insanın immun sistemi donuzlardan nəql edilmiş orqanları fəal şəkildə kənarlaşdırır. Bu problemi həll etmək üçün Çerç və onun həmkarları 20 geni dəyişiblər. Bu dəyişmələr kəskin immun reaksiyası yaradan zülalların hüceyrələrin üzərində işini təmin edir.

İndi alimlər növbəti mərhələyə keçid alırlar: onlar bir embrionda dəyişdirilmiş genləri birləşdirərək donuzun bətninə yerləşdirəcəklər. Onlar həmçinin transplantasiyaya yararlı olan orqanların qiymətini endirəcəklər, bu məqsədlə onlar Harvardda xüsusi steril donuzxana açacaqlar.

CRISPR/Cas9 üsulu yüksək spesifik fermentlərin yardımı ilə genlərin “yanlış” tərəflərini kəsməyə və onları normal ardıcıllıqla dəyişməyə imkan verir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *