Meteorologiya mütəxəssisləri xəbərdarlıq edir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Dünya

Meteorologiya mütəxəssisləri xəbərdarlıq edir

Meteorologiya mütəxəssisləri xəbərdarlıq edir


Okean sularının isinməsiylə nəticələnən və dünyanın müxtəlif bölgələrində intensiv qar yağışı, qasırğa, sel, sürüşmə və quraqlığı artıran “Əl Nino” təbiət hadisəsi bu il özünün maksimum həddinə çatacaq.

“Əl Nino” təbiət hadisəsi nəticəsində qarşıdakı qış mövsümündə dünyanın şimal bölgələrində rekord səviyyədə qar yağacağının , xüsusən yanvar və fevral aylarında dondurucu soyuqların yaşanacağı təxmin edilir.

ABŞ-ın Milli Okean və Atmosfer Agentliyi (NOAA) okean sularının isinməsiylə əlaqədar ən son 1998-ci ildə təsadüf edilən “Super Əl Nino”-nun oxşarının qarşıdakı qış aylarında baş verəcəyi xəbərini yayıb.

Digər tərəfdən okean sularının isinməsiylə əlaqədar olaraq “Əl Nino”-nun çoğrafi qütblərdə bəzi buzlaqları əridəcəyi, əriyən hissələrin qütb küləklərinin təsiri ilə dünyanın digər bölgələrində sel və buna bənzər fəlakətlərə yol aça biləcəyi ehtimal olunur.

İngilis meteorologiya mütəxəssisləri bu il ABŞ və Avropanın şimalında həddindən artıq təsirli soyuqların olacağını bildirib. ABŞ-ın cənubu və Cənubi Avropa ölkələri ilə aralarında, Türkiyənin də yerləşdiyi Aralıq Dənizi ölkələrində isə daha ilıq ancaq fırtına, qasırğa, fırtına kimi təbiət hadisələrinin və sel fəlakətlərinin daha tez-tez baş verəcəyi, nəmli qış fəsli yaşanacağı söylənilir. “Əl Nino” son 30 ildə- 1982 və 1997-ci illərdə olmaqla özünün iki dəfə ən şaxtalı və təsirli dönəmini yaşadıb.

Qeyd edək ki, “Əl Nino” Cənub Rəqs Etmələri (tərpənmələri), qlobal bir okean-atmosfer hadisəsidir.

”Əl Nino” Böyük Şərq Okean səthi sularının istiliyində böyük rəqslər (tərpənmələr) və onların yol açdığı atmosfer hadisələrin ümumi adı mənasına gəlir. Adlar ispan dilindən "oğlan uşağı" və ya "oğul" , "qız" mənasında istifadə edilir

Əl Nino”-nun cənub yarımkürəsindəki təsirləri daha çox böyük olur. Bu təsirlər ilk dəfə olaraq 1923-cü ildə Ser Gilbert və Tomas Uolker tərəfindən aşkar edilib.

“Əl Nino”-nun “atmosferə qoyduğu ilk imzalar” Cənub Rəqs Etmələri (tərpənmələri) , Taiti və Darvin bölgələrindəki aylıq və ya mövsümi hava təzyiqində baş verən dəyişikliklərdir. Bu amansız təbiət hadisəsi 2006-cı ilin sentyabr ayından etibarən isə özünün ən aktiv dövrünü yaşayır.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *