Batumidə “Əli və Nino” bərpa edildi » AzNews.info -Xəbər portalı

Batumidə “Əli və Nino” bərpa edildi – FOTO

Batumidə “Əli və Nino” bərpa edildi


Gürcüstanın Batumi şəhərində yerli hakimiyyət azərbaycanlı yazıçı Qurban Səidin “Əli və Nino” əsərinin qəhrəmanlarına həsr edilmiş, daha öncə köçürülərkən ziyan dəyən heykəli bərpa etdilər.

Oxu.Az xəbər verir ki, bu barədə Facebook istifadəçisi Nikolay Ruhadze öz səhifəsində bildirib.

““Əli və Nino”... bu gün yeni yeri nəzərdən keçirdim. Əli və Nino köhnə təməldən 50 metr aralıda, yeni təməldə dayanıblar... Şüşə sədd çəkilib və hərəkət edən fiqurun mexanizmini görmək mümkündür... Gözəl ideyadır və çox gözəl hazırlanıb.

Hasarı götürdükdən sonra postament təməl, dəniz və dağlar görünəcək... Mənə mexanizmin sınaq və fiqurların hərəkətinin videosunu göstərdilər. Hər şey işləyir, fiqurların yaxınlaşması və uzaqlaşması sxem üzrə hərəkət edir. Rahat nəfəs almaq olar”, - Ruhadze qeyd edib.

Bununla yanaşı o, kompozisiyanın açılışının sentyabrın 15-də olacağını da vurğulayıb.

Batumidə “Əli və Nino” bərpa edildi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *