Facebook öz istifadəçilərini xüsusi xidmətlərin təqibindən qoruyacaq
Facebook sosial şəbəkəsi istifadəçilərinin akkauntları xüsusi xidmətlər tərəfindən sındırılarsa xəbərdarlıq ediləcək, şirkətin rəsmi bloqunda bildirilib.
Oxu.Az bu barədə gazeta.ru-ya istinadən xəbər verir.
“Biz istifadəçilərin kompromata uğramış akkauntlarını qorumaq üçün hər zaman tədbir görürük, bununla yanaşı biz, əgər hücumun dövlət tərəfindən maliyyələşdirilən şəxslər tərəfindən edildiyinə dair ciddi şübhələrimiz olarsa əlavə bildirişlər göstərmək qərarına gəlmişik. Biz bunu edəcəyik, belə ki, bu qəbildən olan hücumlar daha yayılmış və təhlükəlidir və biz insanları öz akkauntlarının təhlükəsizliyi üçün tədbirlər görməyə motivasiya edəcəyik” - məlumatda deyilir.
Daha öncə özlərini “Adsız İttifaq” adlandıran bir qrup şəxs, şəxsi səhifə üçün yalnız real adların istifadəsini tələb edən sosial şəbəkə siyasəti ilə mübarizə aparacaqlarını elan etmişdilər.
Mənbə:> Oxu.Az