Xəbərdarlıq: “Facebook” profilinizi bağlayın!
Avropa Komissiyası “Safe Harbour” sazişinin Avropa istifadəçilərinin ABŞ şirkətlərinin ölkələrinə ötürdükləri fərdi məlumatlarının məxfiliyinə zəmanət verə bilməməsini bəyan edib.
ANS PRESS-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumatına görə, komissiya nümayəndələri Avropa İttifaqı (Aİ) sakinlərinə fərdi informasiyalarını ABŞ xüsusi xidmət orqanlarından qorumaq üçün “Facebook” sosial şəbəkəsindəki akkauntlarını bağlamağı təklif ediblər.
Bəyanat Avstriya hüquq müdafiəçisi Maksimilian Şremsin “Facebook”a qarşı qaldırdığı iddia ilə bağlı keçirilən məhkəmə dinləməsində verilib. Avstriyalı hüquq müdafiəçisi ABŞ sosial şəbəkəsini Avropa istifadəçilərinin vətəndaş hüquqlarını pozmasını hesab edən "Europe-v-Facebook” fəallar qrupunun iştirakçısıdır. Prosesdə həmçinin “Apple”, “Microsoft” və “Yahoo!” şirkətlərinə qarşı iddia qaldırılıb.
M.Şremsinin sözlərinə görə, Avropada fəaliyyət göstərən şirkət “Safe Harbour” sazişinə əsasən istifadəçilərin fərdi məlumatlarını ABŞ-a ötürməməlidir. Avropa Komissiyası ötürülən məlumatın məxfiliyinə zəmanət verə bilməz. Avropa Parlamentində yenidən sazişin ləğv edilməsinə çağırışlar edilir. Məhkəmə dinləməsinin iyunun 24-də davam etdirilməsi gözlənilir.
Mənbə:> ANSPRESS