Türk modelin atasının meyiti tapıldı – FOTO
Türkiyənin tanınmış modeli Ece Gürselin atası Tayfun Gürselin meyiti tapılıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mənzildəki pis qoxu üzündən narahat olan qonşuları, qoxunun 63 yaşındakı Tayfun Gürselin evindən gəldiyini fərqinə vardıqda, vəziyyəti məhəllə muxtarı Cengiz İkizə bildiriblər. Cengiz İkiz Ece Gürsellə əlaqə saxlaya bilmədiyindən polisə müraciət edib.
Antalyanın Demre Mahalı Karabucak Məhəlləsində yaşayan Tayfun Gürselin evinə gələn polis əməkdaşları qapını qıraraq içəriyə girdikdə, hamam otağında Tayfun Gürselin cansız bədəniylə qarşılaşıblar.
Hadisə yerinə dərhal Respublika prokuroru Oğuz Giray Gökçebay gəlib. Polis əməkdaşları Tayfun Gürselin İstanbulda yaşayan model qızı Ece Gürselə atasının vəziyyətini bildirdikdən sonra o, ilk təyyarə ilə Antalyaya gəlib.
63 yaşında və iki qızı olan Tayfun Gürselin ölümü ilə əlaqədar istintaq başlayıb.
Qeyd edək ki, T. Gürsel “Eskişehirspor”, “Antalyaspor”, “Kocaeli” və bir zamanlar Türkiyənin milli komandasında oynayıb, peşəkar və həvəskar komandalara 20 ildən çox texniki direktorluq edib.
Mənbə:> Oxu.Az