Ölü hindli vaxtında oyandı – FOTO
Hindistanın Mumbayi şəhərinin 45 yaşlı sakini həkimlərin onu yarmağa hazırlaşmasından bir dəqiqə öncə ayılıb, The Daily Mail məlumat yayıb.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, adı çəkilməyən kişi avtobusda huşunu itirmiş halda tapılıb.
Polis onu xəstəxanaya çatdırıb, burada onun nəbzini tutmayan həkimlər kişinin öldüyünü düşünüblər.
Baş həkim Rohan Rohekar, xəstəxananın qaydalarına əks olaraq cəsədi morqa göndərib, qaydalara görə xəstəni iki saat ərzində otaq temperaturu vəziyyətində saxlamaq lazımdır, bu isə həkim səhvindən sığortalanmaq üçündür.
Əməkdaşların sözlərinə görə, onlar yarmağa başlamaq istədikləri an “ölünün” qarnının enib qalxdığını görüblər.
Öz səhvini anlayan həkim Rohekar xəstənin ölümü haqqında qənaəti məhv edib, bunun isə üstü sonradan açılıb.
Daha sonra inspektor bunu həkimin ciddi məsuliyyətsizliyi hesab etdiyini və xəstəxananın baş həkimindən araşdırmanın nəticələrini gözlədiyini bildirib.
Xəstəxananın rəhbəri həkim Suleman Merçant həkim Rohekarın xəstəxanada yeni işə başladığını və bütün proseslərlə çox da yaxşı tanış olmadığını bildirib. Rəhbər təqsirkarın töhmət alacağını bildirib.
Həyata qaytarılan kişini hal-hazırda qulaq infeksiyasından və aclıqdan əmələ gələn fəsadlardan müalicə edirlər.
Mənbə:> Oxu.Az