Ebolaya yoluxan həkim öldü
ABŞ da Eboladan müalicə olunan Syerra-Leoneli həkim Martin Salia ölüb.
ANS PRESS-in məlumatına görə, bu haqda onun müalicə aldığı Nebraska Tibb Mərkəzi açıqlama yayıb.
Xəstəxananın açıqlamasında bildirilir ki, Martin Salia “xəstəliyin irəliləmiş simptomları” nəticəsində vəfat edib.
Salia bu xəstəxanada müalicə olunan üçüncü və ABŞ-da bu xəstəlikdən dünyasını dəyişən ikinci Ebola xəstəsi olub.
Ümumdünya Səhiyyə Təşkilatı Eboladan ölənlərin sayının artdığını bəyan edərək bildirib ki, epidemiya başlayandan dünyada təsdiq olunan 14 min 413 yoluxma halından 5177-i ölümlə nəticələnib.
Qərbi Afrikadakı 5165 Ebolaya yoluxma halından 2800-ü Liberiyada qeydə alınıb.
Mənbə:> ANSPRESS