Toysuz qalan Azərbaycan » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Toysuz qalan Azərbaycan – VİDEO+FOTO

Toysuz qalan Azərbaycan


Bəzi Azərbaycan ailələri övladlarına toy etmək üçün xarici ölkələri seçirlər.

ANS PRESS-in məlumatına görə, təkcə son bir ay ərzində İstanbul şəhərində toy etmək üçün xarici ölkə vətəndaşları tərəfindən 50-dən çox sifariş edilib.

Sifariş edənlər arasında Azərbaycan vətəndaşlarının da adı var. Həmyerlilərimizlə yanaşı həmçinin Qazaxıstan və Səudiyyə Ərəbistanında yaşayan varlı insanlar öz övladlarına toy etmək üçün Türkiyəni seçir. Məlumata görə, oliqarxlar övladlarının toyu üçün milyonlarla dollar xərcləyirlər.

Bu fakt Azərbaycanda turizmlə yanaşı toy bazarının da zəif inkişaf etdiyini sübut edir. Bu isə azərbaycanlıların da toy etmək üçün xaricə , xüsusilə Türkiyəyə üz tutmasına səbəb olur.

Azərbaycanlı toy sahiblərinin xarici ölkələrə meyl etməsinin səbəblərindən biri kimi şadlıq saraylarındakı bahalı menyular və aşağı xidməti göstərmək olar. Bəzi insanlar isə övladları üçün daha fəqli və dəbdəbəli toy mərasimi təşkil etmək üçün xarici ölkələri seçirlər.

Toysuz qalan Azərbaycan


İqtisadçı Zahid Məmmədov toy edənlərin xaricə üz tutmalarını onların standart toy mərasimlərindən bezmələri ilə əlaqələndirdi.

“Toy sahibləri ödədikləri pulun qarşısında daha fərqli təqdimat istəyirlər. Amma bizim şadlıq sarayları bunu edə bilmirlər. Bu səbəbdən də övadlarına daha fərqli toy etmək istəyən valideynlər xarici ölkələrə üz tuturlar.”

İqtisadçı azərbacanlı toy sahiblərinin xaricə axının qarşısını almaq üçün ilk növbədə Azərbaycandakı şadlıq saraylarında menyularının qiymətinə, yemək seçiminə və mərasim zalının akustik vəziyətində dəyişiklik edilməli olduğunu bildirdi.

“Hər bir toyda standart plov, balıq, salatlar və digər yeməklər verilir. Artıq toy sahibləri və qonaqlar fəqli təamlardan dadmaq istəyirlər. Həmçinin bizim bəzi şadlıq evlərində akustik problemlər var. Çünki toya gələn əksər qonaqlar mərasimin sonunda musiqinin onun əsəblərinə təsir etdiyini bildirlər.”

Toysuz qalan Azərbaycan
Zahid Məmmədov-İqtisadçı


Amma paytaxtda yerləşən şadlıq saraylarının rəhbərləri sadalanan problemlərlə razılaşmırlar. Onların fikrincə, xaricdə toy etmək Azərbaycanda keçirilən mərsimlərdən dəfələrlə bahadır.

“Azərbaycanlılar xidmətin, menyunun və akustik vəziyyətin pis olmasına görə deyil, sadəcə göstəriş xatirinə mənim övladımın toyu xarici ölkədə oldu demək üçün başqa ölkələrə üz tuturlar.”-deyə şadlıq saraylarından birinin administrator bildirdi.

Toysuz qalan Azərbaycan
Böyük Briyaniyada toy mərasimi


Xarici ölkələrdə toy mərasimlərinə nəzər saldıqda orada menyuların və toy mərasimlərinin daha sadə keçirildiyini görmək olar. Məsələn Türkiyədə əksər ailələr dəbdəbəli toy mərasimləri keçirməkdən imtina edirlər.Sadəcə toyda bəy, gəlin və onların ailə üzvüləri iştirak edir. Orada toy mərasimləri Azərbaycandan fəqli olaraq 6-7 saat deyil, daha az müddət davam edir.

Toysuz qalan Azərbaycan
Fransada açıq havada toy mərasimi


Avropa ölkələrində isə toy mərasimlərində qonaqlara daha sadə menyu təklif olunur. Toylarda əsasən şirniyyat və müxtəlif içkilərə üstünlük verilir.

Toysuz qalan Azərbaycan
Azərbaycanda toy menyusu


Toysuz qalan Azərbaycan
Danimarkada toy menyusu


Xarici ölkələrdə həmçinin toylar açıq havada və lüks otelərdə təşkil edilir. Azərbaycanda da belə otellər və açıq havada toy etmək üçün istirahət mərkəzləri olsa da vətəndaşlar bu mərkəzlərə üz tutmur. Səbəb isə bu obyektlərdə toy mərasimlərinin təşkilinin baha başa gəlməsi göstərilir.

Toysuz qalan Azərbaycan
Azərbaycanın ən məhşur kurort zonaları


Azərbaycanda da toyların keçirilməsində dəyişiklik olsa xarici vətəndaşlar Bakını seşərlər. Misal üçün Səudiyyə Ərəbistanından olan hər hansı bir ərəb şeyxi özünə toy etmək üçün Azərbaycanı deyil, Türkiyəni seçir. Çünki orada daha sərfəli qiymətlər fəqli toy mərasimləri və menyular təklif edilir.

Əlaqə saxladığımız turizm agentliklərindən ANS PRESS-ə verilən məlumata görə, ümumiyyətlə Azərbaycanda toy etmək üçün onlara heç bir xarici turist müraciət etməyib. Amma qonşu ölkələrdə toy etmək istəyən azərbaycanlıların sayı kifayət qədərdir.


Fransada toy mərasimi

Azərbaycanlıların toy etmək üçün üz tutduqları xarici ölkələr arasında tək qonşu Türkiyə və Rusiya deyil, bir sıra Avropa ölkələri də var. Bir müddət əvvəl zəngin azərbaycanlılardan biri övladının toy mərasimini Fransada təşkil edib.

Ümumiyyətlə bu il ölkəmizə gələn turistlərin sayında azalma qeydə alınıb. Bunu Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı son rəqəmlərdən də görmək olar. Məsələn, əgər 2014-cü ildə ölkəmizə gələn turistlərin sayı 1 milyon 100 min nəfərə yaxın idisə, bu il bu rəqəm bir qədər aşağıdır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *