İlham Əliyev Azərbaycan polo yığmasının üzvləri ilə görüşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

İlham Əliyev Azərbaycan polo yığmasının üzvləri ilə görüşdü

İlham Əliyev Azərbaycan polo yığmasının üzvləri ilə görüşdü


Prezident İlham Əliyev polo idman növü üzrə Bakıda keçirilən birinci Avropa çempionatının qalibi olmuş Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib.

Komandanın üzvü Elçin Camallı, Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev görüşdə çıxış edərək ölkəmizdə idmana, atçılığın və onun polo növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə təşəkkür ediblər.

Sonra prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim olunub.

Dövlət başçısı əldə edilmiş nailiyyətdə komandanın məşqçisinin xidmətlərini xüsusi qeyd edib.

Polo üzrə milli komandamızın məşqçisi Silvester Qarros çıxış edərək ölkəmizdə idmanın inkişafı üçün görülən nəhəng işlərin nəticəsi olaraq Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda, o cümlədən olimpiadalarda əldə etdiyi nailiyyətlərin dünya idman ictimaiyyətində yaratdığı təəssüratlardan danışıb.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *