İlham Əliyev: Avropa Oyunlarından sonra uşaqların idmana marağı artacaq » AzNews.info -Xəbər portalı

İlham Əliyev: Avropa Oyunlarından sonra uşaqların idmana marağı artacaq

İlham Əliyev: Avropa Oyunlarından sonra uşaqların idmana marağı artacaq


Biz ilk Avropa Oyunlarını Bakıda keçirməkdən qürur duyuruq. Bu, bizə ölkəmizi təqdim etmək, imkanlarımızı nümayiş etdirmək və möhtəşəm tədbiri təşkil etmək imkanı verir.

AzNews.info AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə “Şərəf” ordenini təqdim edərkən bəyan edib.

“Biz ictimaiyyətin bu tədbirə böyük maraq göstərdiyini görürük. Əminəm ki, Oyunlar sona çatandan sonra biz minlərlə insanın, xüsusilə uşaqların idmana marağının artmasının, çempion olmağa çalışmasının şahidi olacağıq.

Bu, Azərbaycanda idmanın gələcək inkişafında olduqca müsbət rol oynayacaq”, - dövlət başçısı deyib.

İlham Əliyev Patrik Hikkini 70 illik yubileyi münasibətilə təbrik edib:

“Fürsətdən istifadə edərək Avropada idmanın, Olimpiya hərəkatının inkişafı naminə həyata keçirdiyiniz işlərə görə Sizə təşəkkürümü bildirmək istərdim.

İyirmi ilə yaxındır Avropa Olimpiya ailəsinin üzvü olaraq mən Sizin qitəmizdə idmanın inkişafına sadiqliyinizə, fəaliyyətinizə və fədakarlığınıza çox yaxşı bələdəm. Mən Avropa Olimpiya Komitəsinin iclaslarında bizim birgə iştirak etdiyimiz vaxtları xatırlayıram.

Təəssüf ki, hazırda mən işimlə əlaqədar iclaslarda iştirak edə bilmirəm, lakin Sizin fəaliyyətinizi yaxından izləyirəm. Mən Sizi dünyada Avropa idmanının təbliği ilə bağlı əldə etdiyiniz böyük nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm”, - o deyib.

Patrik Hikki yüksək mükafata görə İlham Əliyevə təşəkkür edib.

“Biz birlikdə uzun yol qət etmişik. Mən Sizi şəxsən uzun illərdir tanıyıram. İndi mən Azərbaycanı və Azərbaycan vətəndaşlarını yaxından tanımaq imkanını əldə etmişəm. Bura mənim ikinci evim kimidir. Mən burada özümü çox rahat hiss edirəm, hər kəsdən ehtiram görürəm.

Bütün Avropadan mənə Oyunların təşkili, keçirildiyi yerlər, buradakı rəqabətlilik, qonaqpərvərliklə bağlı fikirlər bildirirlər. İndiyədək mən heç bir şikayət almamışam - nə nəqliyyat, nə qida, nə də başqa məsələlərlə bağlı”, - o deyib.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *