İlham Əliyev Patrik Hikkiyə “Şərəf” ordeni verdi
Azərbaycan prezidenti İlham Әliyev Avropa Olimpiya Komitәsinin prezidenti Patrik Hikkinin “Şәrәf” ordeni ilә tәltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə gәnclәr vә idman naziri Azad Rәhimov mətbuat konfransında bildirib.
“Avropa Oyunları onun dәstәyi altında keçirilir. Məhz Patrik Hikki sayәsindә Avropa bu gözəl anları yaşayır. Bu gün həm də onun 70 yaşı tamam olur”, - deyə Azad Rəhimov qeyd edib.
Nazir Patrik Hikkini bu münasibәtlә tәbrik edib.
Mənbə:> Oxu.Az