Patrik Hikki: “Azərbaycana görə məni Avropa Parlamentində şişə taxdılar” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Patrik Hikki: “Azərbaycana görə məni Avropa Parlamentində şişə taxdılar”

Patrik Hikki: “Azərbaycana görə məni Avropa Parlamentində şişə taxdılar”


Bakıda 3 gündən sonra başlayacaq I Avropa Oyunları dünya mediasının diqqət mərkəzindədir.

Virtualaz.org saytı xəbər verir ki, “The New York Times” qəzeti Avropa Olimpiya Komitəsinin baş katibi, Avropa Oyunlarının keçirilməsi ideyasının müəllifi olan və neçə ildir bu ideyasını həyata keçirməyə çalışan Patrik Hikkidən müsahibə alıb.

Qəzet yazır ki, Avropa oyunları bir çox illər ərzində Patrik Hikkinin sevimli layihəsi olub. 69 yaşlı irlandiyalı bu oyunların təşkili zərurətini əsaslandıraraq deyib ki, 2008-ci il Pekində keçirilən Yay Oimpiya Oyunlarına qədər Avropa idmançıları medalların 68 faizə yaxınını qazanırdı. Lakin Pekin olimpiadasından sonra avropalı idmançıların qazandıqları medallar 50 faizdən də aşağı düşdü.

“Biz səbəbləri araşdırdıq. İlk səbəb əlbəttə ki, əla idi - digər kontinentlərin komandanları getdikcə güclənirdi və bu, olimpiya hərəkatı, idman üçün böyük iş idi. Lakin digər səbəb o idi ki, Avropanın Panamerika oyunları, yaxud Asiya oyunları kimi qitə yarışları yoxdur. Biz qərara aldıq ki, medal disbalansını aradan qaldırmaq üçün bu oyunları təşkil etmək lazımdır”- deyə Hikki bildirib.

Jurnalist Bakıdakı Avropa Oyunları ərəfəsində “Human Rights Watch” və digər beynəlxalq təşkilatların Azərbaycan hökumətinin ünvanına tənqidlərinin artdığını xatırladıb, Patrik Hikkinin buna reaksiyasını soruşub.

Patrik Hikki: “Azərbaycana görə məni Avropa Parlamentində şişə taxdılar”


“Biz bununla bağlı müntəzəm olaraq məngənəyə düşürük, çünki təbii olaraq bütün dünya orqanları narahatdır. Bizim kimi. Və biz həmişə bu məsələdə çox açıq olmuşuq. Biz “Human Rights Watch”la görüşdük, sonra üç həftə bundan əvvəl Brüsseldə Avropa Parlamentinin qarşısına çıxdıq. Onlar beynəlxalq səviyyədə nəhəng hakimiyyətə malikdirlər və bizi orada yaxşıca sıxışdırdılar, şişə taxdılar. Ancaq biz Beynəlxalq Olimpiya Komitəsinin Pekin Yay Olimpiya Oyunları ərəfəsində hərəkət etdiyi kimi hərəkət edirik: istənilən suveren hökumətə necə işləməyi və danışmağı diqtə edə bilmərik, ancaq eyni zamanda sakitcə və üstüörtülü şəkildə öz mövqeyimizi çatdırırıq. Mən hesab edirəm ki, Avropa Oyunları yaxınlaşdıqca təzyiqlər daha da artacaq.

Beynəlxalq Olimpiya Komitəsinə qarşı da Pekinlə və Tibet məsələsi ilə bağlı belə oldu. 2022-ci il Qış Olimpiya Oyunlarını Pekin, yaxud Almatı udsa onda da belə olacaq. Beləliklə, biz dünya jandarmı deyilik, ancaq bu, Avropanın məsələsidir. Bəzi ölkələr bu məsələni qaldırmır, bəziləri isə çox güclü şəkildə qaldırır. Almaniya kimi...”- deyə P.Hikki bildirib.

Patrik Hikki I Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanın niyə seçildiyini izah edərək bildirib ki, o vaxt Avropada iqtisadi geriləmə başlamışdı və Azərbaycan oyunların keçirilməsi üçün imkanı olan yeganə həyat qabiliyyətli ölkə idi.

Avropa Olimpiya Komitəsinin rəhbəri deyib ki, KİV-lər həmişə neqativ axtarır və müsbət məqamlara diqqəti cəlb etmək istəmir: “Hansı ki, biz mühüm nailiyyət əldə etmişik. Azərbaycan rəsmən Ermənistanla müharibə vəziyyətindədir. Ancaq biz Ermənistanı inandıra bildik ki, Bakıya idmançılardan ibarət komandanı göndərsin, Azərbaycanı isə yola gətirdik ki, onları qəbul etsin.

İnsanlar İraq, Suriya, Liviyada hər gün baş verənlərin fonunda bu münaqişəni nəzərdən qaçırır. Ancaq Dağlıq Qarabağ münaqişəsi var və təmas xəttində hər gün atışmalar olur”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *