Kadırov açıq gəlinliklərə “müharibə elan etdi”
Çeçenistan rəhbəri Ramzan Kadırov respublikanın toy salonlarının sahiblərini həddən artıq açıq olan gəlinliklərin satışını və icarəsini dayandırmağa çağırıb. Bu barədə o, regionun rayonlarının başçıları ilə iclas zamanı bildirib, Oxu.Az TASS-a istinadən xəbər verir.
“Son zamanlar gəlinlərdə Avropasayağı çox açıq-saçıq paltar geyinmək dəb halını alıb. Bu, düzgün deyil və çeçen mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur.
Xalqın adət və ənənələrini saxlamaq üçün hər şey etmək lazımdır. Öz növbəsində toy salonlarında milli geyimlərin satışına keçmək lazımdır”,- Kadırov deyib.
Onun sözlərinə görə, əgər gənc nəsil yad ideologiyanın təsiri altına düşəcəksə, özünəməxsusluğunu itirmək təhlükəsi yarana bilər.
Mənbə:> Oxu.Az