“Yolu səhv saldı, Siyəzənə getdik...” –Bakı-Sumqayıt qatarı ilə bağlı şok iddia
AZXEBER.COM xəbər verir ki, adı sürətli qatar olsa da, sərnişinlər ən çox yeni nəqliyyat vasitəsinin sürətindən narazıdırlar.
Səhər saatlarında Sumqayıtdan Bakıya gələn sakinlər qatarın yola çıxmasını gözlədikləri üçün işə gecikdikləri deyir: “Qatarın yola düşmə vaxtı 07:50 göstərilsə də, azı yarım saat stansiyada gözləmək məcburiyyətində qaldıq. Bundan başqa 40 dəqiqəyə “28 May”a çatacaq deyilsə də, düz 54 dəqiqəyə çatdı. Sürəti çox zəifdir. Rahatlığı öz yerində, ancaq bu intervalla biz işə gecikirik. Səhər bu qərara gəldim ki, bir də bu qatardan istifadə etməyim. Bundansa 40-50 qəpik verib minərəm marşruta, elə 40 dəqiqəyə də çataram”.
Fuad Qarayev sosial şəbəkələrdə sürət qatarının sürətindən gileylənənlərdəndir: “Bu qatarlar işləyən insanlar üçün deyil. Boş insanlar üçündür ki, eləcə şəhərlərarası səyahət etsinlər. Qatarla getmək fikriniz varsa, azı 1 saat yarımı gözünüzdən çıxarın”.
Bütün bu problemlərlə yanaşı dünən sosial şəbəkədə Asif Niftəliyev adlı istifadəçi yeni qatarlarla bağlı şok iddia irəli sürüb. O, Sumqayıta getmək istədiyi qatarın Siyəzənə gedib çıxdığını yazıb və bu informasiya da yazdığı sosial şəbəkədə yazması geniş müzakirələrə səbəb olub. Onun sözlərinə görə maşinist reysləri səhv saldığı üçün qatar Sumqayıta yox, Siyəzənə gedib: “Sumqayıta getmək üşün sentyabrın 19-u Dəmir Yolu Vağızalından 19:25 reysinə bilet aldım. Ancaq yolda məlum oldu ki, maşinist reysləri səhv saldığı üçün Biz Siyəzənə gəlmişik. Siyəzəndə maşinist ətrafdakı evlərdən harada olduğumuzu öyrəndikdən sonra geri-geri getməyə başladıq. Beləliklə, 40 dəqiqə deyilən yolu 2 saata getməli olduq”.
///qafqazinfo
Mənbə:> AZXEBER.COM