Bakıdan Sumqayıta işləyəcək qatarlar belə olacaq » AzNews.info -Xəbər portalı

Bakıdan Sumqayıta işləyəcək qatarlar belə olacaq – VİDEO+FOTO

Bakıdan Sumqayıta işləyəcək qatarlar belə olacaq



Sosial şəbəkələrdə “Azərbaycan Dəmir Yolları” və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqavilə əsasında alınmış və hazırda Azərbaycana göndərilən qatarların videogörüntüsü və fotoşəkilləri yayılıb.

Oxu.Az xəbər verir ki, görüntülərə əsasən Azərbaycana yola salınmış qatarların hazırda Rusiya ərazisi ilə hərəkət etdiyini söyləmək olar.

Gümüşü rəngli qatarların üzərində artıq “Azərbaycan Dəmir Yollarının” loqosu (ADY) vurulub.

Qeyd edək ki, yeni qatarlar ilk olaraq “Koroğlu” metrosu ilə Bakı sərnişin vağzalı arasında işləyəcək.

Daha sonra bu qatarlar Sumqayıt yolunda da istifadə olunacaq.

Yeni qatar Bak-Sumqayıt arasındakı məsafəni cəmi 40 dəqiqəyə qət edəcək:

Ümumilikdə KİSS markalı 5 ikimərtəbəli qatarın alınması üzrə saziş imzalanıb.

İlk 2 qatar iyun ayında Azərbaycana gətiriləcək.

Digər üç qatarın isə 2016-cı ilin yanvarınadək ölkəyə gətirilməsi nəzərdə tutulub.



Bakıdan Sumqayıta işləyəcək qatarlar belə olacaq
Bakıdan Sumqayıta işləyəcək qatarlar belə olacaq
Bakıdan Sumqayıta işləyəcək qatarlar belə olacaq
Bakıdan Sumqayıta işləyəcək qatarlar belə olacaq

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *