Bu gün Bakı-Sumqayıt qatarlarından neçə sərnişin istifadə etdi?
Bu gün Bakı-Sumqayıt qatarlarından 2000 sərnişin istifadə edib.
AzNews.info xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Trend-ə bildirib ki, Bakı-Sumqayıt qatarları gün ərzində təqribən 2000 sərnişinə xidmət edib.
Onun sözlərinə görə, qatarların xətlərə yenicə buraxıldığını, bəzi sərnişinlərin hələ tam məlumatlı olmadığını nəzərə alsaq, bu heç də kiçik göstərici deyil:
“Bu o deməkdir ki, gələcəkdə Bakı və Sumqayıt arasında sərnişin sıxlığını aradan qaldıra biləcəyik”.
Qeyd edək ki, sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb, elektrik qatarları sentyabrın 12, 13 və 14-də sərnişinlərə pulsuz xidmət göstərib. Bu gündən isə qatarlar Tarif (qiymət) Şurasının müəyyən etdiyi tariflərə uyğun olaraq sərnişinlərə xidmət edir.
Mənbə:> Trend