Bakının bahalı maşınları cərimə meydançasında – FOTO
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının ötən şənbə günü paytaxt ərazisində keçirdiyi reyd zamanı maraqlı məqamlar yaşanıb.
AzNews.info xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, reyd zamanı avtomobilin səsgücləndirici qurğusuna müdaxilə edən, ödənilməmiş cəriməsi olan, plyonkadan istifadə edən sürücülər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Reyd zamanı diqqətçəkən nömrəsi olan “İnfiniti”, “Maserati”, “Geländewagen”, “Lexus”, “Niva” saxlanılıb. Bu avtomobilin həm də ödənilməmiş bir neçə cəriməsi olduğu üçün cərimə meydançasına göndərilib.
Sayt qeyd edir ki, ümumiyyətlə, reyd zamanı saxlanılan bahalı avtomobillərin əksəriyyətində ödənilməmiş cərimələr meydana çıxdı.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildiribi ki, reyd zamanı 2 nəfər yol polisindən qaça bilsə də, onların barəsində raport verilib və saxlanılmaları təmin olunacaq. V.Əsədovun verdiyi məlumata görə, reyd zamanı 135 sürücü barəsində inzibati protokol tərtib olunub. 35 avtomobil cərimə meydançasına salınıb. Saxlanılan avtomobillərin 82-si ödənilməmiş cərimələrlə bağlı olub.
O bildirib ki, yol polisləri qayda pozan insanlara qarşı avtomobilin nömrəsinə və görünüşünə görə yanaşmır:
“Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Son vaxtlar apardığımız təbliğatın da başlıca məqsədi budur ki, hər kəs qayda-qanunlara əməl etməlidir. Qayda pozan hər kəs də məsuliyyət daşıyır.
Bunun başqa tərəfi ola bilməz. Bu reydin keçirilməsinin başlıca məqsədi o idi ki, insanlar bizə müraciət edib xopultulu səs çıxan maşınların onları narahat etdiyini bildirirlər.
Biz də reyd zamanı gördük ki, həqiqətən də bu cür nöqsanlara yol verən sürücülər hələ də var. Onların bir qismi məsuliyyətə cəlb olundu. Digərləri ilə bağlı da tədbirlərimiz davam etdiriləcək”.
Mənbə:> Avtosfer.az