Aysel Əlizadəyə nazirlikdə vəzifə verildi
Müğənni Aysel Əlizadə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində çalışmağa başlayıb.
AzNews.info xəbər verir ki, bu haqda Qafqazinfo-ya müğənni özü məlumat verib:
“Bu haqda açıqlama verməyim nə dərəcədə doğru olduğunu bilmirəm. Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində iki aydır ki, yaradıcı kollektivin bədii rəhbəriyəm. Daha yüksək vəzifələrdə çalışmağa savadım, təhsilim imkan verir. Gələcəkdə daha çox uğur qazanacağıma inanıram”.
Mənbə:> Qafqazinfo.az