Sumqayıtda iki azyaşlı uşağı ilə birgə intihara cəhd edən qadın danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Sumqayıtda iki azyaşlı uşağı ilə birgə intihara cəhd edən qadın danışdı – VİDEO

Sumqayıtda iki azyaşlı uşağı ilə birgə intihara cəhd edən qadın danışdı


Bu gün Sumqayıt şəhər 4-cü məhəllə, 18/15 saylı binanın, mənzil 8-in sakini Almara Qəşədərova iki azyaşlı uşağı ilə birlikdə saat 11:30 radələrində intihara cəhd edib.

AzNews.info Aznews.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında vətəndaşın icra şöbəsi tərəfindən mənzilindən çıxarılması ilə başlayıb.

Bu zaman Almara Qəşədərova əlinə bıçaq alaraq blokun qarşısını kəsib və icra məmurlarının içəri daxil olmasına icazə verməyib. O, iki uşağı ilə birlikdə intihar edəcəyi ilə bağlı xəbərdarlıq edib. Olay zamanı qarşıdurma yaranıb.

A. Qəşədərova və azyaşlı qızı huşunu itirib, ərazitə Təcili Tibbi Yardım maşını gəlib. Onu sakitləşdirməyə çalışsalar da buna nail ola bilməyib. İş o yerə çatıb ki, A. Qəşədərovanın özünü yandırmasından ehtiyatlanan icra məmurları əraziyə yanğınsöndürən maşın da çağırıblar.

Emosiyalarına hakim ola bilməyən çıxan A. Qəşədərova blokdan çıxaraq avtomobil yoluna doğru qaçaraq özünü avtomobilin altına atıb. Xoşbəxtlikdən icra məmurları bunun qarşısını ala biliblər. Amma sonda icra məmurlarının evə daxil olması mümkün olub. A. Qəşədərovanını əmlakı küçəyə çıxarılıb.

A. Qəşədərova övladları ilə birgə Sumqayıt şəhər Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən sakitləçdirilib və avtomobilə mindirilərək polis idarəsinə aparılıb.


Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *