Sumqayıtda ara qarışdı: yol bağlandı, intihara cəhd olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Foto

Sumqayıtda ara qarışdı: yol bağlandı, intihara cəhd olundu – FOTO

Sumqayıtda ara qarışdı: yol bağlandı, intihara cəhd olundu

Xeberle.com-un məlumatına görə, bu gün Sumqayıt şəhər 4-cü məhəllə, 18/15 saylı binanın, mənzil 8-in sakini Almara Qəşədərova iki azyaşlı uşağı ilə birlikdə saat 11:30 radələrində intihara cəhd edib. Hadisə səhər saatlarında vətəndaşın icra şöbəsi tərəfindən mənzilindən çıxarılması ilə başlayıb. Bu zaman Almara Qəşədərova əlinə bıçaq alaraq blokun qarşısını kəsib və icra məmurlarının içəri daxil olmasına icazə verməyib. O, iki uşağı ilə birlikdə intihar edəcəyi ilə bağlı xəbərdarlıq edib. Olay zamanı qarşıdurma yaranıb. A. Qəşədərova və azyaşlı qızı huşunu itirib, ərazitə Təcili Tibbi Yardım maşını gəlib. Onu sakitləşdirməyə çalışsalar da buna nail ola bilməyib. İş o yerə çatıb ki, A. Qəşədərovanın özünü yandırmasından ehtiyatlanan icra məmurları əraziyə yanğınsöndürən maşın da çağırıblar. Emosiyalarına hakim ola bilməyən çıxan A. Qəşədərova blokdan çıxaraq avtomobil yoluna doğru qaçaraq özünü avtomobilin altına atıb. Xoşbəxtlikdən icra məmurları bunun qarşısını ala biliblər. Amma sonda icra məmurlarının evə daxil olması mümkün olub. A. Qəşədərovanını əmlakı küçəyə çıxarılıb.

A. Qəşədərova övladları ilə birgə Sumqayıt şəhər Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən sakitləçdirilib və avtomobilə mindirilərək polis idarəsinə aparılıb.

Qeyd edək ki, Abdullayeva Şəlalə Yaqub qızı "Rabitəbank” ASC-dən 2008-ci ildə götürdüyü kreditin təminatı kimi Almara Qəşədərovanın mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 18/15, mənzil 8 ipoteka ilə yüklü edib. Bundan vətəndaşın xəbəri olmayıb və dələduz əməllərinə görə Şəlalə Abdullayeva barəsində cinayət işi açılıb və A.Qəşədərova rəsmən zərər çəkmiş qismində tanınıb. 2/105/53/2011 saylı icra vərəqinə əsasən məhkəmə qərarı icraya yönəlmiş, həmin mənzil hərracdan satılaraq bank tərəfindən alınıb.

"Rabitəbank” ASC həmin mənzili alqı-satqı müqaviləsilə Məmmədova Nailə Rüstəm qızına satıb və sonuncunun mənzilə mülkiyyət hüququ qeydiyyata alınıb. Mənzilin yeni mülkiyyətçisi mənzildən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldırıb və ərizəsi təmin edilərək icra sənədi üzrə icraata başlanılıb. Bu ərəfədə ona vurduğu maddi ziyana görə Şəlalə Abdullayevaya qarşı məhkəmədə iddia qaldırılıb və tələb təmin edilib, 43530 manat pulun cavabdehdən alınaraq ona verilməsi qət edilib.

Kamran Kazımzadə

Mənbə: Xeberle.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *