Ermənistanda məktəblilər arasında kütləvi zəhərlənmə
Ermənistanın Ararat rayonunda məktəblilərin kütləvi zəhərlənməsi faktı qeydə alınıb.
Oxu.Az Ermənistan Səhiyyə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 45 məktəbli zərər çəkib.
Məlumata əsasən, Baqramyan kəndindən bir neçə məktəbli həkimlərə ürəkbulanma, başgicəllənmə və qarın ağrısı ilə şikayət ediblər. Həkimlər eyni simptomları digər şagirdlərdə də aşkar ediblər.
Hal-hazırda 43 məktəbli xəstəxanaya yerləşdirilib, daha ikisi isə ambulator müalicə alır.
Uşaqlar bildiriblər ki, onlar məktəbin yeməkxanasında hot-doq yedikdən sonra özlərini pis hiss etməyə başlayıblar.
Mənbə:> Oxu.Az