“Gəlin maşını” biznesi niyə çökür?
Əvvəllər paytaxtın adətən hər addımında rast gəlinən kirayə gəlin maşınlarına indi çox az-az rast gəlinir. Bunu elə paytaxtdakı mənzərə də təsdiqləyir. Bəs bir zamanlar dəbə minən bahalı kirayə maşınlar indi niyə istifadəsiz qalıb?
AzNews.info-nun xəzərxəbər-ə istinadən məlumatına görə, kirayə qiyməti 70 manatla 1000 manat arasında olan bəy-gəlin maşınları toylarda istifadə olunmaq əvəzinə reklam məqsədilə qoyulduqları yerdə qalıb. Bu avtomobillərə olan maraq son zamanlar hədsiz dərəcədə azalıb. Gəlin maşınlarına təlabatın azaldığını bu işlə məşğul olanlar da etiraf edir.
Məhərrəm ayından əvvəl toy mövsümünün çoxalması nəticəsində sifarişlər nisbətən artsa da ötən illərlə ümumi müqayisədə azalma qaçılmazdır. Adətən paytaxtın bir çox yerində sifariş üçün saxlanılan maşınların sayı da azalıb. Bunu elə paytaxt küçələrində apardığımız müşahidə də göstərir. Əgər belə getsə bir müddət sonra bu maşınlara demək olar ki, tələbat olmayacaq. Çünki insanların əksəriyyəti artıq bahalı xarici maşınlar əvəzinə ya klassik maşınlara ya da adi avtomobillərə üstünlük verməyə başlayıblar.
Mənbə:> Xəzərxəbər