Abid Şərifov “Sovetski” sakinlərinin bəzilərini bu binaya köçürəcək – VİDEO
Baş nazirin müavini Abid Şərifov “Sovetski” kimi tanınan ərazidə köçürülmə işlərinin ləngiməsinin səbəbini açıqlayıb.
O bildirib ki, sahəsi 25 kvadratmetrə qədər olan mənzil sahiblərinin artıq 20 faizi yeni mənzillərlə təmin edilib.
Abid Şərifov həmçinin “Sovetski” kimi tanınan ərazidə hansı işlərin görüləyəcəyindən danışıb: "Sovetskidə sökülən evlərin yerində heç bir bina tikilməyəcək, sökülən evlərin yerində yalnız parklar, yaşıllıq, yollar salınacaq və ilin sonuna qədər bu abadlıq işlərinə başlanılacaq. Hazırda isə keçmiş “Leytenant Şmidt” zavodunun yaxınlığında 9 mərtəbəli bina əsaslı təmir olunur və ilin sonuna kimi əhalinin bir qismi oraya köçürüləcək”.
Mənbə:> ANSPRESS